IQNA

9:20 - May 23, 2019
Xəbər sayı: 3485177
Zahid Battın tarixi əsərlər muzeyində tatarlar, teymurilər, məmluklar və hətta 1300 il tarixə malik, yəni kitabət tarixi İslamın ilk əsrinə və "tabei"lər dövrünə gedib çıxan Quran nüsxələri də var.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Pakistanlı professor Zahid Batt uşaqlıq çağlarından tarixi və nadir əsərləri toplamağa həvəsli olub.

On beş yaşından eksponat toplamağa başlayan Zahid Batt şəxsi muzeyində 1000 qədimi parçanı topladıqdan sonra xalqı üçün muzey təsis etmək qərarına gəlir.  

Hazırda o, Pakistanın ən böyük və ən çox tarixi əsərləri olan muzeyinə malikdir.

O, arxeoloji əsərlər və qədim eksponatlar üçün xüsusi bir muzey təsis etmişdir. Bu muzeydə minlərlə nadir və aztapılan əlyazma nüsxələr də var. Həmin nüsxələr arasında İslam tarixinin müxtəlif dövrlərinə aid olan minlərlə nüsxə əlyazma Quranlar mövcuddur.

Zahid Battın tarixi əsərlər muzeyində səlcuqlar, monqollar, tatarlar, teymurilər, qəznəvilər, məmluklar və hətta 1300 il tarixə malik, yəni kitabət tarixi İslamın ilk əsrinə və "tabei"lər dövrünə gedib çıxan Quran nüsxələri də var.

Professor Zahid Batt deyir: İndi də dünyanın hər yerindən qədim və nadir tarixi əsərləri toplamaqla məşğuldur. Çünki indiki zamanın keçmişlə sıx əlaqəsi olduğu kimi, gələcək də keçmiş köməyi ilə çiçəklənir.   

http://iqna.ir/fa/news/3813952

Ad:
E-poçt:
* Comment: