IQNA

Heydərabadda Quran sərgisi keçiriləcək

16:18 - May 25, 2019
Xəbər sayı: 3485188
Hindistanın Heydərabad əyalətində ilk dəfə Qurani-Kərim sərgisi keçiriləcək. Sərginin ilk günü İran və Hindistan təfsirçilərinin bir günlük seminarı da gözlənilir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Hindistanın Heydərabad əyalətində ilk dəfə Qurani-Kərim sərgisi keçiriləcək. Sərginin ilk günü İran və Hindistan təfsirçilərinin bir günlük seminarı da gözlənilir.

Bu seminarda İran İslam Respublikasının İslami İrşad və Mədəniyyət Nazirliyinin Quran və İtrət idarəsinin rəis müavini, İslami Təbliğat və Əlaqələr Təşkilatının nümayəndəsi, İran İslam Respublikasının Hindistandakı baş konsulluğunun nümayəndəsi, Heydərabadın "İslam Cəmiyyəti Təşkilatı" və digər qrumlar iştirak edəcəklər.  

Bu barədə İQNA-ya İran İslam İnqilabının Ali Rəhbəri və müsəlmanların mənəvi lideri Həzrət Ayətullah Üzma Seyyid Əli Hüseyni Xameneinin nümayəndəsi məlumat verib.

Höccətul-İslam vəl-Müslimin Mehdi Məhdəvipur əlavə edib: Sərgi cari ilin İyun ayının 22-dən 25-dək Heydərabadın "Salare-Cəng" muzeyində keçiriləcək. Sərgidə İran İslam Respublikasının keçən 40 il ərzində ərsəyə gətirdiyi ən mühüm Quran əsərləri nümayiş ediləcək. İlkin ehtimallara əsasən bu sərgiyə Hindistan və digər ölkələrdən 10 min nəfər turist baş çəkəcəkdir.

O vurğulayıb: Sərigdə Hindistanın 10 Quran müəssisəsi və əlyazma Quran nüsxələri olan 47 kitabxanası iştirak edəcək.    

http://iqna.ir/fa/news/3810827

//// برگزاری نمایشگاه قرآن در «حیدرآباد» هند

//// برگزاری نمایشگاه قرآن در «حیدرآباد» هند

شنبه***برگزاری نمایشگاه قرآن در «حیدرآباد» هند

captcha