IQNA

Hindistanın İran jurnalında dini məqalələr çap edilir

9:39 - May 26, 2019
Xəbər sayı: 3485193
Yeni Dehlinin Mədəniyyət Evinin təşəbbüsü ilə hər fəsldə bir dəfə çap və nəşr edilən "İslamın yolu" jurnalının 239, 240 və 241-ci saylarında Quran mövzularını əhatə edən müxtəlif məqalələr dərc edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) İslami Təbliğat və Əlaqələr Təşkilatının informasiya portalına istinadla verdiyi xəbərə görə, Hindistanın Yeni Dehli şəhərində İran İslam Respublikasının Mədəniyyət Evinin təşəbbüsü ilə hər fəsldə bir dəfə çap və nəşr edilən "İslamın yolu" jurnalının 239, 240 və 241-ci saylarında Quran mövzularını əhatə edən müxtəlif məqalələr dərc edilib.

Yeni Dehlinin "İslamın yolu" jurnalının bu saylarında "İslami araşdırmalar və əxlaq", "din tanımada ağılın yolu", "iman və əxlaqi fəzilətlər", "Quran təlimlərində dindarlığın müxtəlif cəhətləri", "Dua dilinin analizi" və "Tövhidin dualarda təcəllisi" adlı məqalələr çap və nəşr edilib.

Hindistanın Yeni Dehli şəhərində İran İslam Respublikasının Mədəniyyət Evinin təşəbbüsü ilə hər fəsldə bir dəfə çap və nəşr edilən "İslamın yolu" jurnalının ən son sayında isə "Səhifətus-Səccadiyyədə insanı tanıma", " Səhifətus-Səccadiyyədə peyğəmbəri (s) tanıma", "İmam Hüseynin qiyamı və hədəfləri", "İmam Rza (s) hicrinin 7-ci əsrinin sufi mənbələrində", "İran inqilabında siyasi İslam məfhumu" və "Quranda saleh qadınlar" adlı məqalələr yer almışdır.  

http://iqna.ir/fa/news/3814603

captcha