IQNA

Tehranda "Qüds günü"nə hazırlıq iclası keçirildi

13:10 - May 27, 2019
Xəbər sayı: 3485203
Fələstinə Dəstək Beynəlxalq Birliyə dünyanın 32 ölkəsi üzvdür. Bu birliyin qərargahı Tehranda yerləşir. Birliyin köməyi ilə bu il dünyanın 9 ölkəsində Qüds günü yürüşləri izdihamlı keçiriləcək.       

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin Bazar günü, 26 May 2019-cu il, İran İslam Respublikasının paytaxtı Tehranda "Beynəlxalq Qüds Günü"nə hazırlıq iclası keçirilib.

Tehran bələdiyyəsinin koordinasiya şurasının təşəbbüsü ilə keçirilən iclasda Qüds günü yürüşlərini təşkil edəcək təşkilat və qrumların proqramları açıqlanıb.

İclasda Tehran bələdiyyəsinin müşaviri Səid Sadiqi, Tehran merinin beynəlxalq mədəni əlaqələr müşarivi Höccətul-İslam vəl-müslimin Meysəm Amrudi, Ümumdünya Əhli-Beyt (ə) Cəmiyyətinin baş katibinin hüquq məsləhətçisi Səfiyyullah Ramazanxani, Fələstin ensiklopediyasının müəllifi Məcid Səfatac, Orta Şəqr məsələləri üzrə mütəxəssis və Fələstinin Müdafiəsi Beynəlxalq Cəmiyyətinin rəis müavini Hüseyn Ruyuran, Qüds xəbər agentliyinin icraçı katibi Mehdi Şəkibayi və digərləri iştirak ediblər.

İclasda bu il Qüds yürüşlərinin "Qüds Fələstinin əbədi paytaxtı" devizi ilə keçiriləyi müəyyən edilib. Həmçinin qərar alınıb ki, Qüds günü şəhərlərin divarları Fələstinə dəstək şüarları ilə bəzədiləcək, öncədən təyin edilmiş müxtəlif pavilyonlarda "qırmızı zeytun festivalı" kimi səhnəciklər nümayiş olunacaq.

Qeyd edək ki, qeyri-hökumət təşkilatı olan Fələstinə Dəstək Beynəlxalq Birliyə dünyanın 32 ölkəsi üzvdür. Bu birliyin qərargahı Tehranda yerləşir. Birliyin köməyi ilə bu il dünyanın 9 ölkəsində Qüds günü yürüşləri izdihamlı keçiriləcək.       

http://iqna.ir/fa/news/3814936

captcha