IQNA

İraq məhkəməsi 3 fransızı asacaq

13:26 - May 27, 2019
Xəbər sayı: 3485205
İraq ali məhkəməsi İŞİD sıralarına qoşularaq terrorçuluq cinayətləri törətməklə məğul olmuş üç fransalı terrorçunu edam cəzasına məhkum edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alsumaria" informasiya portalına istinadla verdiyi xəbərə görə, İraq ali məhkəməsi İŞİD sıralarına qoşularaq terrorçuluq cinayətləri törətməklə məğul olmuş üç fransalı terrorçunu edam cəzasına məhkum edib.

Bu barədə dünən, həftənin bazar günü, 26 May 2019-cu il, İraq ali məhkəməsinin məsullarından biri məlumat verib. O deyib: Fransa vətəndaşı olan bu üç nəfəriin İŞİD-də üzv olaraq cinayət törətmələri isbat edildikdən sonra bu hökm çıxarılıb.

O əlavə edib: Suriyadan beynəlxalq koalisiya qüvvələri tərəfindən həbs olunaraq ölümə məhkum edilən bu 3 fransalının çıxarılan hökmə etiraz bildirmək üçün 30 gün fürsətləri var.  

Qeyd edək ki, bu edam hökmü, Fransa vətəndaşlarının İŞİD-ə üzv olması ilə bağlı çıxarılan ilk edam hökmüdür.

http://iqna.ir/fa/news/3814938/

captcha