IQNA

Ümumdnüya Qüds Günü yürüşləri dünya mediasında

13:41 - June 01, 2019
Xəbər sayı: 3485241
İran xalqının Qüds günü yürüşündəki milyonluq iştirakı dünya mediasında geniş rezonans doğurub.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Qərb mediaları xüsusilə Röyters və Asoşeyted Press öz xəbərlərində İran xalqının Qüds yürüşündəki geniş iştirakına yer ayırıblar. 

Avronyus kanalı da Qüds günü yürüşünə dair yazıb: İranlılar bu gün Fələstin xalqını himayə etmək və Trampın Yaxın Şərqlə bağlı planına qarşı çıxmaq üçün yürüş etdilər. 

Sputnik xəbər agentliyi də İran xalqı və rəsmilərinin Qüds günü yürüşündəki geniş iştirakına işarə edib və yazıb: İranlılar "Əsrin anlaşması" adlı plana və Fələstinlə bağlı Bəhreyn iclasına qarşı çıxaraq, Fələstinin azadlığına gedən yeganə yolun müqavimət olduğunu bildiriblər. 

Rusiya Əl-Yəum kanalı da İran prezidenti və xarici işlər nazirinə istinadla bildirib: ABŞ-ın Qüds və Fələstinə qarşı fitnələri heç vaxt baş tutmayacaq və Əsrin anlaşması əsrin uğursuzluğuna çevrilərəcək. 

Ərəb mediaları da cümə günü İranda keçirilən Qüds günü yürüşlərinə yer ayıraraq, yazıblar: Milyonlarla iranlı və ölkə rəsmisi bu yürüşdə iştirak edərək, ABŞ-ın Fələstinlə bağlı "Əsrin anlaşması" planına və sionistlərinə cinayətlərinə qarşı şüarlar verdilər. 

Əl-Minar xəbər kanalı da bildirib: Qüds günü yürüşündə iştirak edənlər İsrailin cinayətlərini və Əsrin anlaşmasını məhkum etdilər. 

Yəmənin Əl-Məsirə informasiya kanalı İranın müxtəlif şəhərlərində keçirilən Qüds günü yürüşlərinə yer verərək, bildirib: Yürüş iştirakçıları əllərində ABŞ, İsrail və Əsrin anlaşmasına qarşı şüarlar yazılmış plakatlar daşıyıblar. 

Qətərin Əl-Cəzirə kanalı da İranda keçirilən Qüds günü yürüşlərinə yer ayırıb və canlı olaraq görüntülər yayımlayıb. 

Fələstin Əl-Yəum kanalı da bu ilki Qüds günü yürüşünün şüarına işarə edərək bildirib: Bu ilki Qüds günü yürüşünün şüarı "Əsrin anlaşmasının məğlubiyyəti və Fələstin amallarının reallaşması" olub. 

Digər beynəlxalq medialar o cümlədən Livan24, Əl-Fəcr, telekanalları, Türkiyədə çıxan Yeni Şəfəq qəzeti, Suriyanın SANA xəbər agentliyi, İraqın Süməriyə və Əl-Məyadin kanalları İran xalqının Qüds günü yürüşündəki geniş iştirakına yer veriblər. 

Teqlər: qüds ، fələstin ، iran ، qəzzə ، iqna
captcha