IQNA

12:05 - June 08, 2019
Xəbər sayı: 3485290
“ABŞ Xəzinədarlıq İdarəsinin  İranın neft-kimya sənayesinə sanksiyası iqtisadi terrorizmin  və Ağ evin İran xalqına qarşı düşmənçiliyinin bariz nümunəsidir”.
“ABŞ Xəzinədarlıq İdarəsinin  İranın neft-kimya sənayesinə sanksiyası iqtisadi terrorizmin  və Ağ evin İran xalqına qarşı düşmənçiliyinin bariz nümunəsidir”.
 
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü  Seyid Abbas Musəvi ABŞ Xəzinədarlıq İdarəsinin İranın neft-kimya sənayesinə sanksiya tətbiq etməsinə münasibət bildirərkən deyib.
 
O bildirib ki, ABŞ-ın təzyiq siyasəti uğursuz siyasətdir: "Bu uğursuz siyasət ABŞ-ın əvvəlki prezidentləri tərəfindən sınaqdan çıxıb. Bu, yanlış yoldur və ABŞ dövləti əmin ola bilər ki,  bu siyasətlə heç bir  məqsədinə çatmayacaq”.
 
A. Musəvi ABŞ rəsmilərinin İranla müzakirə iddialarını aldadıcı, həqiqətdən uzaq və  yalnız ictimai rəyi  özlərinə cəlb etmək üçün atılmış addım adlandırıb: “ABŞ-ın bu addımları beynəlxalq prinsip və qaydalara  ziddir və beynəlxalq öhdəlikləri pozur.  Beynəlxalq aləmdə baş verəcək hadisələrə görə məsuliyyət də ABŞ-a aid olacaq. Bütün ölkələr beynəlxalq hüququn əsas prinsiplərinin aşkar şəkildə pozulması qarşısında reaksiya verməyə borcludur. Onlar icazə verməməlidir ki,  beynəlxalq ictimaiyyətin əldə etdiyi  razılaşmalar ABŞ hakimiyyətinin təkqütblü və zorakı addımları ilə məhv olsun”.
Teqlər: İran ، İİR ، XİN ، ABŞ ، Tramp
Ad:
E-poçt:
* Comment: