IQNA

Afina məscidinin açılışı yenə də təxirə salındı

6:00 - June 09, 2019
Xəbər sayı: 3485298
Yunanıstanın Təhsil Naziri Kustas Gavuroğlu juranlistlərə deyib: Tezliklə məscid açılacaq və məscidə camaat imamı təyin ediləcək. Ümid edirəm ki, bu iş Sentyabr ayında həyata keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Yunanıstanın paytaxtı Afinanın yeganə və ilk məscidinin açılışı yenə də təxirə salındı.

İnşası və açılışı indiyədək mübahisə mövzusu olmuş bu məscid qərar idi ki, cari həftənin Cümə günü (7 İyun 2019) rəsmi şəkildə müsəlmanların istifadəsinə verilsin. Amm Yunan rəsmiləri gözlənilmədən məscidin Sentyabr ayında açılacağını elan etdilər.

Yunanıstanın Təhsil Naziri Kustas Gavuroğlu juranlistlərə deyib: Tezliklə məscid açılacaq və məscidə camaat imamı təyin ediləcək. Ümid edirəm ki, bu iş Sentyabr ayında həyata keçiriləcək.

Qeyd edək ki, Afinada 1833-cü ildən bəri, yəni bu şəhərin Osmanlı imperiyasının əlindən çıxdığı gündən heç bir rəsmi məscid fəaliyyət göstərməyib. 1990-cı ildə layihəsi hazırlanan bu məscidin fəaliyyətə başlaması isə hələ də problemlərlə üzləşir.

Türkiyə, Pakistan, Suriya, Əfqanistan və Banqladeş əsilli 200 min nəfər müsəlmanı yaşadığı Afinada tikilən minarəsiz məsciddə 300 kişi və 50 qadın namaz qıla biləcək. Məscid təkcə Ramazan ayında 24 saat fəaliyyət göstərəcək. Adi günlərdə isə namazdan bir saat sonra bağlanacaq.     

http://iqna.ir/fa/news/3817536

Teqlər: yunanistan ، afina ، məscid
captcha