IQNA

7:25 - June 09, 2019
Xəbər sayı: 3485300
İngiltərədə keçiriləcək "Etik məsələlər üzrə İslam perspektivləri" sisilə seminarlarının 1-ci toplantısında "ölümdən sonra orqan hədiyyə edilməsi" mövzusunda İslam perspektivləri araşdırılacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Etik məsələlər üzrə İslam perspektivləri" sisilə seminarlarının 1-ci toplantısında "ölümdən sonra orqan hədiyyə edilməsi" mövzusunda İslam perspektivləri araşdırılacaq.

İslam dinində "ölümdən sonra orqanın hədiyyə edilməsi" məsələsinin araşdırılacağı bu seminar cari ilin Oktyabr ayının 3 və 4-də İngiltərənin Birmengam şəhərinin "əl-Mehdi İslam Mərkəzi"ndə keçiriləcək.

İngiltərənin  Bedford universitetinin "İnsan orqanlarının hədiyyə edilməsi və peyvənd olunması tədqiqatı mərkəzi" bu seminarla həmkarlıq edəcək.

Seminarda iştirak etmək istəyən araşdırmaçılar seminarın mövzusunda yazılmış məqalələrini İyul ayının 29-dək seminarın keçirilməsi komitəsinə göndərə bilərlər.

Bu seminarda "müsəlmanların ölümdən sonra bədən üzvlərinin hədiyyə edilməsi barədə dini görüşləri", "bədənin mülkiyyəti və ruh barədə dini görüşlər", "fəqihlərin bədən üzvlərinin hədiyyə edilməsi barədə fətvaları" kimi mövzular müzakirə ediləcək.  

http://iqna.ir/fa/news/3817484/

Ad:
E-poçt:
* Comment: