IQNA

İranın ən böyük Quran çapxanası

İran İslam Respublikasının "Üsvə" nəşriyyatı bu ölkədəki ən böyük və İslam dünyasının ikinci Qurani-Kərim çapxanasıdır.

İran cəmiyyətinin və dünya müsəlmanlarının Quran nüsxələrinə ehtiyaclarını təmin etmək üçün təsis və təchiz edilmiş bu çapxana İran İslam Respublikası İslam Fondunun (Vəqflər İdarəsi) büdcəsindən ayrılmış maddi vəsait ilə Qurani-Kərim və digər dini kitabları çap və nəşr edir.