IQNA

23:22 - June 11, 2019
Xəbər sayı: 3485314
Əbdül Əmir əl-Qüreyşi konfransın 9-10 oktyabr tarixlərində Kərbəla və əl-Safva universitetləri ilə əməkdaşlıq çərçivəsində keçiriləcəyini bildirib.

İmam Hüseyn Məqbərəsinə bağlı Kərbəla Araşdırmalar və Tədqiqatlar Mərkəzi araşdırmaçıları öz araşdırmalarıyla "Ərbəin ziyarəti davamlı inkişaf məqsədlərinə nail olmaq yürüşüdür" başlıqlı 3-cü Beynəlxalq Elmi Konfransda iştirak etməyə çağırıb.

Kerbela.info Imamhussain.org-a istinadla xəbər verir ki, mərkəzin direktoru Əbdül Əmir əl-Qüreyşi konfransın 9-10 oktyabr tarixlərində Kərbəla və əl-Safva universitetləri ilə əməkdaşlıq çərçivəsində keçiriləcəyini bildirib.

O, konfransın Ərbəin ziyarətinin sosial dini ayin kimi qorunması, sənədləşdirilməsi, müasir təqdimatı, fərdi və cəmiyyət səviyyədə təsirinin monitorinqi məqsədi daşıdığını qeyd edib.

Konfransda davamlı iqtisadiyyat, davamlı media, cəmiyyətdə sülh və gənclik, intellektual və təhsil problemləri mövzuları yer alacaq.

Onun sözlərinə görə, iştirak şərtləri yuxarıda göstərilən mövzuları əhatə etməlidir və tədqiqat əvvəllər nəşr edilməmiş olmalıdır.

"Konfrans elmi işləri qəbul edir və onlar xüsusi elmi komitə tərəfindən qiymətləndiriləcək", - deyə Əbdül Əmir əl-Qüreyşi qeyd edib.

Teqlər: iqna ، konfrans ، Ərbəin
Ad:
E-poçt:
* Comment: