IQNA

2:07 - June 12, 2019
Xəbər sayı: 3485320
Daha öncə isə, naməlum şəxslər Kassel şəhərini mərkəzi məscidinə daşlar atıblar, həmçinin Bremendəki məscidlərdən birində Qurani-Kərimin bir neçə nüsxəsini cırıblar.

İslamazeri.com-un “Anadolu”-ya istinadən verdiyi xəbərə əsasən, Almaniyanın Kamen şəhərindəki “Əyyub Sultan” məscidi naməlum şəxslər tərəfindən təhqir edilib.

Canilər ibadətgahın divarlarında müxtəlif yazılar, o cümlədən də “Rədd olun” yazıblar.

Məscidin nəzdindəki dini icmanın başçısı Mustafa Kese bildirib ki, yazılar 11 İyun tarixində səhər saatlarında peyda olub.

“Polis araşdırma aparır. Ümid edirik ki, cinayətkarlar yaxın zamanda tutulacaq”, - deyə o qeyd edib.

Bu, artıq, Almaniyada son 2 gündə törədilmiş 3-cü oxşar hadisədir.

Daha öncə isə, naməlum şəxslər Kassel şəhərini mərkəzi məscidinə daşlar atıblar, həmçinin Bremendəki məscidlərdən birində Qurani-Kərimin bir neçə nüsxəsini cırıblar.

Teqlər: ruhani ، avropa ، almaniya ، islamofobiya
Ad:
E-poçt:
* Comment: