IQNA

"İmam Əlinin (ə) Quranının axtarışında" kitabı tənqid ediləcək

23:36 - June 17, 2019
Xəbər sayı: 3485334
Londonda "İmam Əlinin (ə) Quranının axtarışında: Quranın ilk nüsxəsi barədə tarix və hədislər nə deyir" kitabı (İmam Əlinin topladığı, kitabət və təfsir etdiyi Quran nüsxəsi) müzarikə və tənqid ediləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İngiltərənin paytaxtı Londonda "İmam Əlinin (ə) Quranının axtarışında: Quranın ilk nüsxəsi barədə tarix və hədislər nə deyir" kitabı (İmam Əlinin topladığı, kitabət və təfsir etdiyi Quran nüsxəsi) müzarikə və tənqid ediləcək.

İngiltərənin Durham universitetinin ustadı və araşdırmaçı yazar Seyfuddin Kara bu kitabın müəllifidir.

O, bu kitabda əhli-sünnə və şiələrin İmam Əlinin (ə) "müshəf"i barədə baxışları və nəzələrini araşdırmağa və açıqlamağa çalışmışdır.

Qeyd edək ki, İngiltərənin Durham universitetinin Türk əsilli ustadı və araşdırmaçı yazar Seyfuddin Karanın qələmə aldığı kitabın təndiqi mərasimi Londonun İslami İnsan Haqları komissiyasınnın kitab mağazası məkanında keçiriləcək.

http://iqna.ir/fa/news/3820067

Teqlər: İmam Əli ، müshəf ، iqna
captcha