IQNA

Kanadada dövlət işçilərinə hicab qadağan edildi

8:48 - June 19, 2019
Xəbər sayı: 3485345
Kanadanın Kvebek əyalət məclisi idari məkanlarda İslami simvollardan istifadə edilməsi və müsəlman xanımların hicba bağlmasını dövlət işçilərinə qadağan etdi.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Kanadanın Kvebek əyalət məclisi idari məkanlarda İslami simvollardan istifadə edilməsi və müsəlman xanımların hicba bağlmasını dövlət işçilərinə qadağan etdi.

Sosial mediada səs-küyə səbəb olan bu qanun əyalət məclisinin "21-ci qanun layihəsi" çərçivəsində 73 müvafiq və 35 müxalif rəylə təsdiq edilib.

Bu qanuna əsasən dövlət işçiləri, o cümlədən müəllimlər, hakimlər, polis zabitləri üzərlərində dini simvollar gəzdirə bilməzlər. Əlbəttə bu qanun yeni işə götürülmüş (28  Mart 2019-cu il tarixindən sonra) dövlət işçilərinə şamil olacaq və qanundan öncə xidmətə alınmış işçilərə aid deyil. Habelə qanunun təsdiqindən öncə işə götürülmüş dövlət işçiləri vəzifələrinin yüksəldilməsi üçün bu qanuna əməl etməlidirlər.

Kanadanın müsəlmanlar birliyi Kvebek əyalət məclisinin sekulyarimzin dinsizlik mahiyyətini cəmiyyətdə möhkəmləndirmək yönündə atdığı bu addımı dini və irqi ayrıseçkilik, islamofobiyanın genişləndirilməsi və ədalətsizlik adlandıraraq məhkum edib.  

http://iqna.ir/fa/news/3820305

Teqlər: iqna ، kvebek ، kanada ، hicab
captcha