IQNA

The Guradian: İran ABŞ-ın ən mürəkkəb PUA-sını endirdi

14:45 - June 21, 2019
Xəbər sayı: 3485358
"The Guardian" yazdı: İranın yer-hava raketi ABŞ-ın ən bahalı, böyük və mürəkkəb texnologiyalı "pilotsuz təyyarəsi"ni (PUA) İran İslam Respublikasının hava sərhədlərini pozduğu üçün vuraraq yerə saldı.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Britaniyanın "The Guardian" qəzeti özünün bu günki sayında yazdı: İranın yer-hava raketi Amerikanın ən bahalı, böyük və mürəkkəb texnologiyalı "pilotsuz təyyarəsi"ni (PUA) İran İslam Respublikasının hava sərhədlərini pozduğu üçün vuraraq yerə saldı.

Qəzet yazır: Donald Tramp güman edir ki, İranın fərari zabitlərindən biri bu PUA-nı vurub. Halbuki İran İslam Respublikasının hərbi hava qüvvələri PUA-nı özlərinin vurduqlarını deyib və bunu müdaifə işində böyük uğur və qəhrəmanlıq hesab edib.

Britaniyanın "The Guardian" qəzeti həmin PUA-nın "Qlobal Hauk" tipli casusluq pilotsuzu və qiymətinin 130 milyon dollardan yuxarı olduğunu vurğulayıb.

Qeyd edək ki, Amerikalıların iddiasına görə bu PUA dünyanın ən güclü və hədəfə alına bilməyəcək pilotusu idi. İran isə bu iddianın puç və əsassız olduğunu sübut etdi.  

"Qlobal Hauk" dünyanın ən bahalı PUA-sıdır. Bu pilotsuzun qiymətinin 110 milyon dollardan 176 milyon dollar məbləğində olduğu deyilir. Amerika ordusunda bu PUA-dan cəmi 35 ədəd var. "Qlobal Hauk" yerdən 19.8 km. məsafədə uçuş həyata keçirə bilir. Yunanıstan böyüklüydə bir ərazini 24 saat ərzində analiz edə bilir.    

http://iqna.ir/fa/news/3821109

captcha