IQNA

Qəzzada Böyük Qayıdış yürüşündə 70 fələstinli yaralanıb

9:08 - June 22, 2019
Xəbər sayı: 3485362
Ötən gün Qəzzadakı Böyük qayıdış aksiyaları vaxtı İsrail rejimi tərəfindən açılan atəş nəticəsində 70 fələstinli yaralanıb. 
İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, ötən gün Qəzzadakı Böyük qayıdış aksiyaları vaxtı İsrail rejimi tərəfindən açılan atəş nəticəsində 70 fələstinli yaralanıb.
Olduqca isti hava şəraitinə baxmayaraq, Qəzza əhalisi yenə izdihamla "Blokadanı Qırma və Böyük Qayıdış Yürüşü"nün  növbəti cüməsində bölgənin şərq sərhədində yerləşən qayıdış çadırlarına axın edib.
Dünənki cümə aksiyası "Torpaq satmaq üçün deyil" adlandırılıb. İşğalçı rejim həmçinin təcili yardımın 2 əməkdaşını yaralayıb. 
VAFA agentliyin məlumatına görə, İsrail rejimi hərbçiləri etirazçılara qarşı döyüş mərmiləri və gözyaşardıcı qaz tətbiq ediblər.
Qeyd edək ki, “Böyük Qayıdış Yürüşü”ndə indiyədək  306 fələstinli  sinonist rejim hərbiçilərinin gülləsi ilə şəhid olub, 17581 fələstinli isə yaralanıb. 
captcha