IQNA

Misrdə yeni 38 Quran məktəbi açıldı

9:17 - June 22, 2019
Xəbər sayı: 3485363
Misrin İslami İşlər Fondu Nazirliyi bu barədə yaydığı bəyaniyyədə yeni istifadəyə verilmiş Quran məktəbləri ilə ölkədəki Quran məktəblərinin sayının 990 məktəbə çatdığını bildirib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Misrin İslami İşlər Fondu Nazirliyi bu ölkənin müxtəlif əyalət və şəhərlərində yeni 38 Quran təmayüllü məktəb açaraq istifadəyə verib.

Misrin İslami İşlər Fondu Nazirliyi bu barədə yaydığı bəyaniyyədə yeni istifadəyə verilmiş Quran məktəbləri ilə ölkədəki Quran məktəblərinin sayının 990 məktəbə çatdığını bildirib.

İslami İşlər Fondunun bəyaniyyəsində bildirilir ki, bu təşkilat Quran təmayüllü məktəblərin sayının çoxaldılması layihəsini Qurana xidmət yönündə və İlahi vəhy kəlamının hifzinin asanlaşdırılması, Quran elmləri və Quranın pulsuz öyrədilməsi, cavan və yeniyetmələrin radikalizmdən uzaqlaşdırılması hədəfi ilə həyata keçirir.

Misrin İslami İşlər Fondu Nazirliyi valideynlərdən istəyib ki, yay tətilləri günlərində uşaqlarını evlərinə ən yaxın Quran məktəblərinə göndərsinlər.

http://iqna.ir/fa/news/3821107

Teqlər: misr ، quran ، məktəb ، mədrəsə
captcha