IQNA

Əsrin müqaviləsi "böyük israil" planının bir hissəsidir

10:35 - June 26, 2019
Xəbər sayı: 3485389
İclasda iştirak edən Fələstinin Livandakı səfiri Səlah əz-Zəvavi Amerikanı regionda sionist rejimin layihələrinin icraçısı adlandıraraq deyib: Əsrin müqaviləsi "böyük israil" planının bir hissəsidir.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, dünən, həftənin ikinci günü, 25 İyun 2019-cu il, günün ikinci yarısında Tehranda "Amerikanın "əsrin müqaviləsi" layihəsi və Fələstin" adlı iclas keçirilib.

İclasda iştirak edən Fələstinin Livandakı səfiri Səlah əz-Zəvavi Amerikanı regionda sionist rejimin layihələrinin icraçısı adlandıraraq deyib: Əsrin müqaviləsi "böyük israil" planının bir hissəsidir.

O vurğulayıb: "Böyük İsrail" planına Livan, İordaniya, Suriya və Səudiyyə Ərəbistanının bir hissəsi daxildir. Və "əsrin müqaviləsi" layihəsi bu planın icrasına zəmin yaratmaq üçündür.

Səlah əz-Zəvavi əlavə edib: Biz 200 il öncədən regionun milli və dini mahiyyətini dəyişmək üçün başladılmış bir müharibənin ön cəbhəsindəyik. İmam Xomeyninin (r.ə) "İslam İnqilabı"nın qələbəsi ilə qaldırdığı "İslam, Vəhdət və Fələstin" bayrağının əsas hədəflərindən biri də Qüdsün, Əqsa məscidinin və Fələstin torpaqlarının azadlığıdır.

O, Trampın sionist düşmənin məkirli planlarının mücrisi olduğuna işarə edərək dedi: Amerika tərəfindən İran əleyhinə aparılan bütün siyasətlər buna görədir ki, İslam İnqilabı düşmənlərin planlarının əksinə olaraq regionda böyük dəyişiklik və yeni bir vəziyyət yaratdı. Buna görə də İran əleyhinə İraq-İran mübaribəsini başlatdılar.

Fələstinli səfir vurğuladı: İran özünün bütün siyasi, mədəni, iqtisadi və ictimai imkanlarından Amerikanın hiylələri əleyhinə istifadə etməlidir. İran regionun hər bir guşəsində Amerikanın planları əleyhinə komitə yaratmalı və yaranmış vəziyyətdən maksimum yararlanmalıdır.   

Qeyd edək ki, dünən, həftənin ikinci günü, 25 İyun 2019-cu il, günün ikinci yarısında Tehranda "Amerikanın "əsrin müqaviləsi" layihəsi və Fələstin" adlı iclas keçirilib. İclasda İran İslam Respublikasının XİN-nin köməkçisi və XİN-nin Orta Şərq və Şimali Afrika məsələləri şöbəsinin müdiri Həmidrza Dehqani Pudə, Fələstinin İslami Cihad Hərəkatının nümayəndəsi Nasir Əbu Şərif, HƏMAS-ın nümayəndəsi Xalid Qədəmi, səfirlər, diplomatlar və media nümayəndələri iştirak ediblər.  

http://iqna.ir/fa/news/3822409

captcha