IQNA

İraqlılar Amerikanın ölkələrində olmasını istəmirlər

10:49 - July 02, 2019
Xəbər sayı: 3485430
Bəsrə əyalətinin İslami Fondlar rəisi Məhəmməd Əbdülvəhab Molla ikitərəfli görüşdə deyib: İran İslam Respublikası və İran xalqı İraqda sevilir və iraqlıların ürəklərində xüsusi yerləri vardır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın  cənubunda yerləşən Bəsrə əyalətinin İslami Fondlar rəisi Məhəmməd Əbdülvəhab Molla İran İslam Respublikasının Bağdaddakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Höccətul-İslam vəl-müslimin Qulamrza Əbazəri ilə görüşüb.

Bəsrə əyalətinin İslami Fondlar rəisi Məhəmməd Əbdülvəhab Molla ikitərəfli görüşdə deyib: İran İslam Respublikası və İran xalqı İraqda sevilir və iraqlıların ürəklərində xüsusi yerləri vardır.

Məhəmməd Əbdülvəhab Molla Bəsrənin ictiami, siyasi və mədəni durumuna işarə edərək deyib: Bəsrədə cəmiyyətin tək-tək insanları, alimlər, məzhəblər və müxtəlif ictimai təşkilatlar arasında vəhdət və birlik vardır.

O vurğulayıb: İraq xalqı İsrail və ABŞ-ın yaratdığı xaosdan çox əzab çəkib, buna görə də Amerikalıları öz torpaqlarında görmək istəmir,  və xalq özü bütün terrorçuların qarşısını almağa hazır və qadirdir.   

http://iqna.ir/fa/news/3823391

Teqlər: bəsrə ، İraq ، abş ، iran ، mədəni əlaqələr
captcha