IQNA

İngiltərə müsəlman alimləri İsraili qanunsuz rejim hesab edirlər

13:38 - July 02, 2019
Xəbər sayı: 3485433
Britaniyanın bir qrup müsəlman alimləri bəyaniyyə yayaraq İsraili qanunsuz qəsbkar rejim olaraq məhkum etdilər və Fələstinin işğal edilmiş torpaqlarının geri qaytarılmasını istədilər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "pillarsuk" informasiya portalına istinadla verdiyi xəbərə görə, Britaniyanın bir qrup müsəlman alimləri bəyaniyyə yayaraq İsraili qanunsuz qəsbkar rejim olaraq məhkum etdilər və Fələstinin işğal edilmiş torpaqlarının geri qaytarılmasını istədilər.

Birmenqamda yaşayan müsəlman ruhani Əsrar Raşidin rəhbərlik etdiyi müsəlman alimlər cəmiyyəti birgə yaydıqları bəyaniyyədə Fələstin torpaqlarının işğalçı və qəsbkar İsrail rejimi tərəfindən işğal edilməsinə son qoyulmasını tələb ediblər.  

İngiltərədə yaşayan 26 müsəlman alimin imzaladığı bəyaniyyədə deyilir: Biz işğalçı İsrail rejiminin qanuniliyini qəbul etmirik. İşğal edilmiş torpaqlar Fələstinə qaytarılmalıdır. İkinci dünya müharibəsində guya baş vermiş "yəhudi soyqırımı"nın Fələstinlilərlə heç bir əlaqəsi yoxdur.  

Bəyaniyyədə vurğulanır: Biz sionist rejiminin dayanmadan Fələstin xalqı əleyhinə törətdikləri cinayətləri, Fələstin xalqının keçən 70 ildə torpaqlarının işğal edilməsini və azadlıqlarının əllərindən alınmasını məhkum edirik.

Müsəlman alimləri bəyaniyyədə təkidlə bildiriblər ki, Fələstin azad olandan sonra Beytul-Müqəddəs İslam hakimiyyətinin paytaxtı olacaqdır.

http://iqna.ir/fa/news/3823746/

 

captcha