IQNA

İsrail rejimi qüvvələri 2019-cu ilin ilk yarısında 2600 fələstinlini saxlayıb

16:10 - July 02, 2019
Xəbər sayı: 3485438
Hesabatda işğalçı qüvvələrin 2019-cu ilin ilk yarısında 70 fələstinli 70 qadını nəzarətə götürdüyünü və həmin qadınlar arasında gənc qızların və 18 yaşına çatmayanların da olduğu vurğulanıb.

Fələstin Əsirləri Mərkəzi işğalçı İsrail rejimi qüvvələrinin 2019-ci ilin ilk yarısında 2600 fələstinlini nəzarətə aldığını bildirib.

Felestin.info "Palinfo"-ya istinadla xəbər verir ki, mərkəz mövzu ilə bağlı yaydığı hesabatda işğalçı qüvvələrin ilin ilk altı ayında 18 yaşından kiçik 410 fələstinlini saxladığını qeyd edib.

Hesabatda işğalçı qüvvələrin 2019-cu ilin ilk yarısında 70 fələstinli 70 qadını nəzarətə götürdüyünü və həmin qadınlar arasında gənc qızların və 18 yaşına çatmayanların da olduğu vurğulanıb.

İsrail rejimil qüvvələrinin ilin ilk altı ayında Qəzza zolağı sakinlərindən 94 nəfəri saxladığı bildirilən hesabatda həmin dövrdə Fələstin Parlamentinin üzvü olan 4 deputatın da işğalçı qüvvələr tərəfindən nəzarətə alındığı bildirilib.

Hesabatda işğalçı qüvvələrin saxlanılmaları fələstinlilərə qarşı təzyiq vasitəsi kimi istifadə etdiyi açıqlanıb.

Fələstin Əsirləri Mərkəzi 2019-cu ilin ilk altı ayında fələstinli məhbuslardan qəzzalı Faris Əhməd Barud (51) ilə kalkiliyalı Ömər Avni Yunusun (20) şəhid olduğunu, beləcə şəhid məhbusların ümumi sayının 219-a yüksəldiyini diqqətə çatdırıb.

Hesabatda ilin ilk yarısında ən-Nakab həbsxanada İsrail rejimi qüvvələrin həbsxanaya siqnal kəsici cihazlar yerləşdirmək istəməsindən sonra meydna gələn hadisələrdə işğalçı qüvvələrin 120 məhbusu yaraladığı bildirilib.

Teqlər: israil ، fələstin ، iqna
captcha