IQNA

16:24 - July 05, 2019
Xəbər sayı: 3485451
Şri-Lanka dövləti ölkədə Səudiyyə Ərəbistanın dəstəyi ilə fəaliyyət göstərən vəhabi və sələfilərin nüfuzunun artmasının qarşısını almağa çalışır.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Şri-Lanka dövləti ölkədə Səudiyyə Ərəbistanın dəstəyi ilə fəaliyyət göstərən vəhabi və sələfilərin nüfuzunun artmasının qarşısını almağa çalışır.

Şri-Lanka dövləti bu ölkədə baş verən son terror hadisələrindən sonra buddist rahiblərin və siyasətçilərin sərt təndiqi ilə üzləşdiyi üçün Səudiyyə Ərəbistanın nüfuzu altında olan vəhabilərin çoxalmasının qarşısını almaq istəyir.

Bir neçə hotel və kilsəyə qarşı həyata keçirilən terror hücumlarından sonra Şri-Lanka polisi şübhəli vəhabi təbliğatçılarını həbs edib və Səudiyyə Ərəbistanın pulu ilə fəaliyyət göstərən mədrəsələri bağlayıb.

Dövlət təhlükəsizlik qüvvələri və Şri-Lanka dövlət kabinetinin müsəlman naziri bu ölkədəki İslam mərkəzlərinin maddi gəlir mənbəyi və pul dövriyyəsininin Müsəlmanların Dini İşlər və Mədəniyyət Nazirliyi tərəfindən nəzarətə götürüləcəyini deyib.

Qeyd edək ki, cari ilin Aprel ayının 29-da bir neçəyə kilsəyə və hotelə 250 nəfərin ölümü ilə nəticələnən terror hücumu edildi. Həmin hücumlarda İŞİD ünsürləri olan 9 nəfər Şri-Lankalı vəhabi iştirak etmişdi.

http://iqna.ir/fa/news/3824573

Teqlər: vəhabi ، terror ، şri-lanka
Ad:
E-poçt:
* Comment: