IQNA

17:32 - July 07, 2019
Xəbər sayı: 3485462
Birləşmiş Ərəb Əmirliyindən olan Ərəb astronavt (kosmonavt) Hazza Əli əl-Mənsuri cari ilin Sentyabr ayının sonlarında Rusiyanın kosmik gəmisi ilə kosmosa uçacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sputnik" informasiya portalına istinadla verdiyi xəbərə görə, Birləşmiş Ərəb Əmirliyindən olan Ərəb astronavt (kosmonavt) Hazza Əli əl-Mənsuri cari ilin Sentyabr ayının sonlarında Rusiyanın kosmik gəmisi ilə kosmosa uçacaq.

Bu kosmonavtın müsəlman olduğunu nəzərə alan "Space Food Laboratory" şirkəti ilk dəfə olaraq kosmos yolçuları üçün müxtəlif hala qida məhsulları hazırlayacaq. Bu qida məhsulları kosmonavtın özündən öncə beynəlxalq kosmik stansiyaya göndəriləcək.  

Qeyd edək ki, BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) 2018-ci ildə Rusiya ilə bir kosmonavtının beynəlxalq kosmik stansiyaya göndərilməsi barədə müqavilə bağlamışdı. Buna görə də əl-Mənsuri və Sultan Niyaz keçən ilin payızından Moskvada təlim kurslarında iştirak ediblər. Təlim məşqlərindən sonra Mənsuri kosmosa göndərilmək üçün seçilib.

Mənsuri, rusiyalı kosmonavt Oleq Skripoçka və amerikalı astronavt Cesika Meyr Rusiyanın "Sayuz15" kosmik gəmisi ilə fəzaya göndəriləcəklər.  

Birləşmiş Ərəb Əmirliyindən olan Ərəb astronavt (kosmonavt) Hazza Əli əl-Mənsuri 8 gün kosmik stansiyada qaldıqdan sonra yerə qayıdacaq.

http://iqna.ir/fa/news/3825013

Ad:
E-poçt:
* Comment: