IQNA

İmam Kazimin (ə) və İmam Məhəmmədtəqi Cavadın (ə) müqəddəs məzarları İraqın Kazimeyn şəhərində yerləşir. Bu ziyarətgahın qapıları 8 ildir ki, İran İslam Respublikasının Məşhəd şəhərində hazırlanır. İndiyədək 16 qapıdan on üçü hazırlanaraq təhvil verilib və digər 3 qapının da hazırlanması başa çatmaq üzərədir.

Bu qapıların çərçivəsi Sac ağacı (ingilscə: teak; rusca: Ти́ковое дерево) və "çini düyün"ləri (mozaika fiqurları) Çinar və Girdəkan ağaclarından, üz qabığı polyesterdən hazırlanıb və qapının ön tərəfi mis və qızıl suyu ilə işlənib.