IQNA

18:22 - July 08, 2019
Xəbər sayı: 3485470
Hesabatda deyilir ki, keçən ayda (İyun) işğalçı sionist İsrail rejiminin İslam dininə aid müqəddəs məkanlara, o cümlədən Əqsa məscidin və Həzrət İbrahim (s) hərəminə hücumları çoxalıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, işğalçı sionist İsrail rejimi keçən ay ərzində İslam dininə aid müqəddəs məkanlara 90 dəfə basqın və təcavüz edib.

Bu barədə Fələstin cümhuriyyətinin Dini İşlər və İslami Fondlar (Vəqflər) Nazirliyi aylıq hesabatında məlumat verib.

Hesabatda deyilir ki, keçən ayda (İyun) işğalçı sionist İsrail rejiminin İslam dininə aid müqəddəs məkanlara, o cümlədən Əqsa məscidin və Həzrət İbrahim (s) hərəminə hücumları çoxalıb.

İyun ayında sionist quldurları Əqsa məscidinə 25 dəfə hücum etmiş və əl-Xəlilin Həzrət İbrahim (ə) hərəmində Azan verilməsinin qarşısını 51 dəfə alıblar. Həmçinin Qüdsdə Eynabus və Qəəqa məscidinin və Kəfər-Malik şəhər məscidinin divarlarına müsəlmanlar əleyhinə irqçi şüarlar yazıblar.

Fələstin cümhuriyyətinin Dini İşlər və İslami Fondlar (Vəqflər) Nazirinin müavini Hisam Əburrəb vurğulayıb: İsrail çalışır ki, işğalda olan Qüds şəhərinin qədim hissəsinin və Əqsa məscidinin İslami mahiyyətini dəyişsin. Amma İsrailin bütün cəhdləri Fələstin xalqının müqaviməti qarşısında nəticəsiz qalacaqdır.

http://iqna.ir/fa/news/3825229

Teqlər: iqna ، israil ، qüds ، əqsa məscidi ، sionist
Ad:
E-poçt:
* Comment: