IQNA

İİR və Yunanıstanın həmkarlığı ilə Quran sərgisi keçiriləcək

10:23 - July 09, 2019
Xəbər sayı: 3485472
İranın Yunanıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulları bu ölkənin "Thessaloniki" şəhərinin Aristotel universitetinin məsulları ilə görüşərək ikitərəfli mədəni əlaqələr barədə danışıblar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasınınn Yunanıstandakı Mədəniyyət Əlaqələri İdarəsinin məsulları bu ölkənin "Thessaloniki" şəhərinin Aristotel universitetinin məsulları ilə görüşərək ikitərəfli mədəni əlaqələr barədə danışıblar.

İran İslam Respublikasının Mədəniyyət Əlaqələri İdarəsinin məsulu Əli Məhəmməd Helmi Afina universitetindən sonra Yunanıstanın ən böyük təhsil ocağı olan Aristotel universitetinin İlahiyyat institutunun rəisi Prof. Panaputis Skalaçis, İslami Araşdırmalar Departamentinin rəisi xanım Ziyaka və digər elmi heyəti ilə görüşüb və iki ölkənin elmi və mədəni həmkarlıqlarının genişləndirilməsi hədəfi ilə keçirilən iclasda iştirak edib.

İclasda tərəflərin tələbə təbadülü və tələbələrə təhsil xərclərinin ödənilməsi, Fars dilinin əlavə fənn olaraq tədris edilməsi, İslami, xüsusi ilə də şiə qaynaqlarının araşdırılması üçün kitabla təmin edilməsi, ixtisaslaşdırılmış elmi toplantıların keçirilməsi, incəsənət, xüsusi ilə də Quran hüsnxətt sərgisinin keçirilməsi barədə danışıqlar aparılıb, habelə elmi və mədəni, xüsusi ilə də İlahiyyat və Fars dili və ədəbiyyatı sahəsində tədqiqat əlaqələrin genişləndirilməsi üçün memorandum imzalanıb.    

http://iqna.ir/fa/news/3825659

Teqlər: iran ، yunan ، aristotel ، afina ، ilahiyyat ، quran sərgisi ، iqna
captcha