IQNA

Küveytdə Qurani-Kərimə hörmətsizlik etdilər

12:37 - July 09, 2019
Xəbər sayı: 3485475
Küveytin "əl-Qüsur" rayonundakı məscidlərdən birində anonim bir adam Quranın bir neçə nüsxəsini parçalayaraq ətrafa səpib. Həram ibn Milhan məscidində baş verən hadisə ilə bağlı polisə şikayət edilib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "eremnyuz" informasiya portalına istinadla verdiyi xəbərə görə, Küveytin "əl-Qüsur" rayonundakı məscidlərdən birində anonim bir adam Qurani-Kərim bir neçə nüsxəsini parçalayaraq ətrafa səpib.

Həram ibn Milhan məscidində baş verən hadisəni müşahidə edən vətəndaşlardan biri polis idarəsinə gedərək məsələ ilə bağlı şikayət edib.

Beynəlxalq qanunlara görə bu addım din atributlara təhqir hesab edilir. Buna görə də Küveytin təhlükəsizlik qüvvələri və polis idarəsi hadisə ilə bağlı araşdırmaya başlayıblar və hadisəni törədən şəxsin kimliyini müəyyən etməyə çalışırlar.

Qeyd edək ki, Küveytdə Qurana hörmətsizlik edilməsi halı ilk dəfə deyil. Bundan öncə 2013-cü ildə də bir neçə anonim şəxs Huli əyalətinin Salimiyyə rayonunda "Məhna" və "Xünnə" məscidlərinə hücum edərək Qurani-Kərim nüsxələrini yandırmışdılar.  

http://iqna.ir/fa/news/3825701

captcha