IQNA

İordaniyalı qoca kişinin Qurana yarım əsirlik xidməti

0:22 - July 10, 2019
Xəbər sayı: 3485478
Əbu Zəkəriyya adı ilə tanınan İordaniyalı yaşlı kişi Məhəmməd Salim Əyasirə ömrünün əlli ilini Vəhy kəlamına, Ərəb dilinə, müsəlmanlara və kasıb insanlara xidmətdə keçirmişdir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "alrai" qəzetinin informasiya portalına istinadla verdiyi xəbərə görə, Əbu Zəkəriyya adı ilə tanınan İordaniyalı yaşlı kişi Məhəmməd Salim Əyasirə ömrünün əlli ilini Vəhy kəlamına və Ərəb dilinə xidmətdə keçirmişdir.  

O, hazırda Qurani-Kərimin köhnəlmiş nüsxələrini İordaniyanın hər yerindən toplayıb bərpa və təmir edərək kasıb Afrika ölkələrində yaşayan müsəlmanlara göndərir.

Əbu Zəkəriyya keçən bir il ərzində köhnəlmiş Quran nüsxələrini İordaniyanın müxtəlif rayon və şəhərlərindən toplamış, bu nüsxələrdən bərpa etdiyi yeni 500 nüsxə Qurani-Kərimi Uqanda müsəlmanlarına göndərmişdir.

O, hazırda da yeni topladığı 2000 nüsxə Qurani-Kərimi bərpa və təmir etdikdən sonra Afrika ölkələrində yaşayan müsəlmanlara göndərmək niyyətindədir.

Əbu Zəkəriyya 70-ci illərdən başlayaraq üzərinə Vəhy kəlamı yazımış kağızları toplayaraq şəri qaydada imha edir.

O, müsəlmanların Quran nüsxələri və böyük müsəlman alimlərinin təfsir kitablarına diqqətsizliyi, üzərinə Allah sözü yazılmış kağız və digər yazı vasitələrinin hörmətsizliyə məruz qalmasından narahatçılıq və təəssüf hissi keçirdiyini deyir.

Əbu Zəkəriyya bundan əlavə vətəndaşların qida məhsullarından artıq qalanını toplayaraq fəqirlər və ehtiyaclılar arasında paylayır.

http://iqna.ir/fa/news/3825797

ابتکار ارزشمند پیرمرد اردنی برای استفاده از قرآن‌های فرسوده

captcha