IQNA

Banqladeşə sığınan 60 min uşaq təhsildən məhrumdur

8:53 - July 11, 2019
Xəbər sayı: 3485487
Myanma hakimiyyətinin və irqçi buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan və bu ölkənin Kakasbaza qaçqın düşərgəsində məskunlaşan Raxinli müsəlmanların uşaqları təhsildən məhrumdur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Myanma hakimiyyətinin və irqçi buddistlərin zülmündən qaçaraq Banqladeşə sığınan və bu ölkənin Kakasbaza qaçqın düşərgəsində məskunlaşan Raxinli müsəlmanların uşaqları təhsildən məhrumdur.

Ruhingiyalı müsəlmanların məskunlaşdığı düşərgədə təhsil və yaşamaq üçün uyğun şəraitin olmaması və digər tərəfdən də mövsüm yağışlarının başlaması və sellərin yaranması bu düşərgələrdə yaşayan 60 min qaçqın uşağı təhsildən məhrum edib.

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) Beynəlxalq Uşaq Təcili Yardım Fondunun cari həftənin üçüncü günü, 10 İyul 2019-cu il, yaydığı hesabatda deyilir ki, Kakasbazar qaçqın düşərgəsində 4 mindən çox ruhingiyalı ailə acınacaqlı vəziyyətdə yaşayır. Onların çoxu sel yağışlarından sonra təhlükəsizlik yerlərə köçürülüb.

UNİCEF-in hesabatında deyilir: Düşərgədə yaşayan qaçqınların vəziyyəti getdikcə ağırlaşır. Onların humanitar yardımlara ehtiyacı çoxalıb. Uşaqların təhsil mərkəzlərindən beşdən çoxu tamamilə və 750-dən çoxu da qismən dağılıb.

Həmçinin 12-dən çox uşaq saxlama mərkəzi, 47-dən çox su paylama məntəqəsi və 600-dən çox tualet və hamam təchizatı sel yağışları zamanı xəsarət alıb.

Hazırda 500 mindən çox uşağın təcili humanitar yardıma ehtiyacı var.

http://iqna.ir/fa/news/3826067

Teqlər: kakasbazar ، ruhingiya ، raxin ، myanmar ، unİcef ، bmt
captcha