IQNA

Rusiyanın cənubunda İŞİD-in iki üzvü yaxalandı

23:28 - July 15, 2019
Xəbər sayı: 3485511
Rusiyanın cənubunda yerləşən Rastov şəhərində İŞİD terror qruplaşmasının iki üzvü federal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "tass" informasiya portalına istinadla verdiyi xəbərə görə, Rusiyanın cənubunda yerləşən Rastov şəhərində İŞİD terror qruplaşmasının iki üzvü federal təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Digər İŞİD ünsürləri isə təqib zamanı təhlükəsizlik qüvvələrinin "dur" əmrinə tabe olmayıblar.

Onlar maşını saxlatıdrmaq istəyən zaman silahlı müqavimətə rast gəliblər.

Terrorçular qaçdıqları maşından çölə partlayıcı qurğu tullayıblar.

Onlardan biri qaçan zaman güllə ilə vurularaq öldürülüb. Saxlanılan maşında silah-sursat və partlayıcı qurğular tapılıb.  

Təqibdə olan digər iki İŞİD terrorçusu təhlükəsizlik qüvvələrini terrorçuların sığınacağına yönəldiblər. Onların sığınacağında silah-sursat və partlayıcı maddələr aşkarlanıb.

Rusiya əks-kəşfiyyat güclərinin məlumatına əsasən bu terrorçular ölkənin izdihamlı yerlərində bomba partlatmaq və polis nəfərlərinə hücum etmək kimi planlar hazırlamışmışlar.

http://iqna.ir/fa/news/3827432

Teqlər: rusiya ، İŞİd ، terror ، rastov ، iqna
captcha