IQNA

Əfqanıstanda mina partlaması iki uşağın canını aldı

23:48 - July 15, 2019
Xəbər sayı: 3485512
Əfqanıstanın Bəlx əyalətinin Çahpulək rayonunda yol kənarında partlayan mina iki uşağın ölümünə səbəb olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Əfqanıstanın Bəlx əyalətinin Çahpulək rayonunda yol kənarında partlayan mina iki uşağın ölümünə səbəb olub.

Əfqanıstanın "Şahin qoşunları 209" briqadasının sözçüsü Məhəmməd Hənif Rzayi bu barədə deyib: Bu hadisə bu gün (15 İyul 2019) səhər saatlarında (04:00 radələrində), Bəlx əyalətinin Çahpulək rayonunun Xanabad qəsəbəsində baş verib.

Onun dediyinə görə, həmin mina Taliban terror qrupuna aid ünsürlər tərəfindən yol kənarında basdırılmışdı. Uşaqlar həmin ərazidə oynadıqları zaman minaya düşüblər.

Qeyd edək ki, Əfqanıstanda yol kənarlarında basdırılan minalar böyüklərdən çox uşaqların canını alır. Bundan öncə də Əfqanıstanın Ğur şəhərində yeddi uşaq minaya düşmüdü. Onların altı nəfəri qardaş idilər.    

http://iqna.ir/fa/news/3827251

Teqlər: iqna ، Əfqanistan ، mina ، uşaq ölümü
captcha