IQNA

SEPAH: “ABŞ-ın PUA yalanı ilə bağlı fotoları paylaşacağıq”

7:59 - July 20, 2019
Xəbər sayı: 3485542
İranın İnqilab Keşikçiləri Ordusu (SEPAH) İrana aid bir pilotsuz uçuş aparatını (PUA) vurduğunu deyən ABŞ-ın prezidenti Donald Trampın iddiasına dair yazılı bəyanat yayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İranın İnqilab Keşikçiləri Ordusu (SEPAH) İrana aid bir pilotsuz uçuş aparatını (PUA) vurduğunu deyən ABŞ-ın prezidenti Donald Trampın iddiasına dair yazılı bəyanat yayıb.

SEPAH tərəfindən verilən yazılı bəyanatda belə qeyd olunub: “Hörmüz boğazında İrana aid bir PUA vurduqlarını deyən amerikalıların iddialarının yalan, əsassız və boş olduğunu sübut etmək üçün yaxın müddətdə vurulduğu iddia edilən PUA-nın çəkdiyi USS Bokser amfibiya hücum gəmisinin fotolarını paylaşacağıq”.

İran Baş Qərargah Rəhbərliyinin sözçüsü general-mayor Əbülfəzl Şəkarçi də Donald Trampın iddiasını təkzib etmişdi: “Trampın iddia etdiyi PUA daxil olmaqla bütün PUA-larımız Hörmüz boğazı ilə Fars körfəzindəki vəzifələrini başa çatdırdıqdan sonra sapsağlam bazalarına geri qayıdıb”.

http://iqna.ir/fa/news/3828272

captcha