IQNA

Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru vəfat edib

14:15 - July 22, 2019
Xəbər sayı: 3485556
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Yukiya Amano vəfat edib. BAEA üzv ölkələrə məktub ünvanlayaraq 72 yaşlı yaponiyalı diplomatın vəfat etdiyini elan edib. 

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru Yukiya Amano vəfat edib. BAEA üzv ölkələrə məktub ünvanlayaraq 72 yaşlı yaponiyalı diplomatın vəfat etdiyini elan edib. 

Qeyd edək ki, Y.Amano 2009-cu ildən BAEA-nın Baş direktoru olub. Onun mandatı 2021-ci ildə başa çatmalı olsa da, artıq son dövrlərdə mühüm tədbirlərdən kənarda qalması Y.Amanonun səhhəti ilə bağlı şayiələrin artmasına səbəb olub.
Ümumilikdə 171 ölkənin, o cümlədən Azərbaycanın üzv olduğu BAEA-nın Baş direktoru 35 dövlətin təmsilçilərindən ibarət Müdirlər Şurası tərəfindən seçilir. BAEA nüvə silahlarının yayılmasına qarşı mübarizədə mühüm rol oynayır, eləcə də müxtəlif ölkələrin nüvə proqramları ilə bağlı öhdəliklərinin icrasına nəzarət edir.
captcha