IQNA

Türkiyədə 455 illik qədim Quran nüsxəsi bərpa edilir

22:50 - July 22, 2019
Xəbər sayı: 3485558
Qurani-Kərimin 455 il tarixi qədim bir nüsxəsi Türkiyənin Tarixi Əsərlər Arxivinin tabeliyində olan "Tarixi kitab və qaynaqların təmiri və bərpası atelyesi"ndə Əhməd Qurnaz tərəfindən bərpa edilir.  

Qurani-Kərimin 455 il tarixi qədim bir nüsxəsi Türkiyənin Tarixi Əsərlər Arxivinin tabeliyində olan "Tarixi kitab və qaynaqların təmiri və bərpası atelyesi"ndə tarixi kitabların təmiri mütəxəssisi Əhməd Qurnaz tərəfindən təmir və bərpa edilir.  

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Türkiyənin Tarixi Əsərlər Arxivinin sənədlərinə əsasən bu Quran nüsxəsi təbii dəri üzərində yazılıb, qızıl ilə təhzib edilib. Həmçinin bu nüsxəni Osmanlı imperatoru İkinci Sultan Mahmudun xanımı Xadimə Dilsaz 1816-cı ilin İyul ayının 1-də sarayın kitabxanasına hədiyyə edilib.

Bu qədim Quran nüsxəsinin 1564-cü ilin Fevral ayının 10-da məşhur xəttat Əli Əbul-Həsən əl-Usəyli tərəfindən kitabət edildiyi deyilir.  

Tarixi kitabların təmiri mütəxəssisi Əhməd Qurnaz bu barədə deyib: Tarixi kitabları bərpa etməkdən zövq alıram. Altı ay öncə bu nüsxənin təmirinə başlamışam. Hər gün beş-altı saat Quran nüsxəsinin təmiri üzərində çalışıram. Hazırda tamamlama işlərini görürəm. Nüsxənin təmiri başa çatdıqdan sonra Türkiyənin Milli Saray Muzeyinə hədiyyə ediləcək.   

http://iqna.ir/fa/news/3828979

captcha