IQNA

Yay Quran dəsrlərində 2 min Livanlı iştirak edib

10:41 - July 27, 2019
Xəbər sayı: 3485586
Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Livan şöbəsinin bu ölkənin cənubunda təşkil etdiyi "yay Quran dərsləri" proqramında 2 min nəfər Livanlı iştirak edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərində yerləşən İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Livan şöbəsinin bu ölkənin cənubunda təşkil etdiyi "yay Quran dərsləri" proqramında 2 min nəfər Livanlı iştirak edib.

İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Livan şöbəsinin rəisi Seyid Əli Əbul-Həsən bu barədə deyib: Livanın cənub rayonları və kəndlərində keçirilən yay Quran dərsləri şagirdlərin öz boş vaxtlarından daha səmərəli istifadə etməsi üçün təşkil edilir.

Seyid Əli Əbul-Həsən əlavə edib: Yay Quran dərslərində şagirdlərə Qurani-Kərimin səhih qiraəti qaydaları, tilavət üslubları, şəriət əhkamı, əqidə məsələləri, əxlaq, digər İslam maarifi və dini əməllərin praktiki dərsləri öyrədilir.

İmam Hüseyn (ə) ziyarətgahının "Darul-Quran" idarəsinin Livan şöbəsinin rəisi vurğulayıb: Cari ilin yay Quran dərsləri şagirlər tərəfindən maraqla və izdihamla qarşılanıb.

O deyib: Yay Quran dərslərində iştirak edən şagirdlərin dərs proqramları yaş fərqlərinə görə kateqoriyalara ayrılır.

http://iqna.ir/fa/news/3830002

 

captcha