IQNA

Avropa İslam mərkəzlərində Ərəfə duası oxunacaq

15:36 - August 11, 2019
Xəbər sayı: 3485678
Avropa ölkələrin İslam mərkəzlərində bu gün, 11 Avqust 2019-cu il, günün ikinci yarısında, müsəlmanların iştirakı ilə Ərəfə duası oxunacaq və Kufə şəhidi Müslin ibn Əqilə əzadarlıq mərasimi keçiriləcək.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Avropa ölkələrin İslam mərkəzləri və məscidlərində bu gün, həftənin bazar günü, 11 Avqust 2019-cu il, günün ikinci yarısında, müsəlmanların iştirakı ilə Quran qiraət ediləcək, İmam Hüseynin (ə) ziyarətnaməsi və mübarək Ərəfə duası oxunacaq, xətib çıxış edəcək İmam Hüseynin (ə) elçisi və Kufənin məzlum şəhidi Həzrət Müslin ibn Əqilə əzadarlıq mərasimi keçiriləcək.

Ərəfə duasının oxunması mərasimi ilə bağlı Avropa ölkələrinin İslam mərkəzlərinin rəsmi saytlarında və sosial şəbəkə səhifələrində elan verilib.

Bu məlumatlarda həmçinin qeyd edilib ki, sabah, həftənin birinci günü, 12 Avqust 2019-cu il, həmin mərkəz və məscidlərdə Qurban bayramı mərasimi keçiriləcək və Qurban bayramı namazı qılınacaq.

Buna əsasən Berlinin İslam mərkəzində saat 18:00, Hamqburqun İslam mərkəzində saat 19:00, Stokholm İslam mərkəzində saat 16:00-da, Londonda Əsr namazından sonra və İsveçrədə 13:30 Ərəfə duası oxunacaq.     

http://iqna.ir/fa/news/3834154

captcha