IQNA

Filippində müsəlmanlar və xristianlar terrorizm əleyhinə birləşdi

9:12 - August 13, 2019
Xəbər sayı: 3485689
Filippinin Bagyo şəhərinin müsəlmanları xristian kilsəsi ilə birlik nümayiş etdirmək hədəfi ilə Avqusta ayının 11-də bu şəhərin katolik kilsəsinə gedərək xristianlara gül hədiyyə ediblər.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Filippinin Bagyo şəhərinin müsəlmanları Avqusta ayının 11-də bu şəhərin katolik kilsəsinə gedərək xristianlara gül hədiyyə ediblər.

Müsəlmanlar bu addımı terrorizm əleyhinə mübarizədə xristianlarla müsəlmanların bir cəbhədə olduğunu və dövlətin anti-terror siyasətlərini dəstəklədiklərini göstərmək üçün atıblar.

Müsəlmanların bu addımına səbəb isə Bagyo şəhərinin katolik kilsəsinə İŞİD tərəfindən terror hücum ediləcəyi barədə yayılan şayilər olub.

Bagyo şəhərinin müsəlman cəmiyyətinin rəisi Şəmsuddin Münib şəhərin polis idarəsindən kilsənin mühafizəsini gücləndirməyi xahiş edib.

Bagyo şəhərinin kilsəsinə toplaşan xristian, müsəlman və polis işçiləri kilsənin önündə əllərini bir-birinə düyünləyərək birliklərini nümayiş etdiriblər.

http://iqna.ir/fa/news/3834298

Teqlər: iqna ، filippin ، kilsə ، katolik ، xristian ، İŞİd ، terror
captcha