IQNA

Ayətullah Xamenei: Yəmən müqaviməti qətiyyətlə qələbə qazanacaq

22:32 - August 14, 2019
Xəbər sayı: 3485695
İran İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Üzma Seyid Əli Xamenei Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam və onu müşayiət edən Yəmən heyətini qəbul edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Yəmənin Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdüs-Salam və onu müşayiət edən Yəmən heyətini qəbul edib.
Yəmən xalqının təcavüz qarşısında vüqarlı dayanaqlığı və cihad ruhiyəsini övərək əgər bir mömin xalq Allaha etimad edər və onun vədlərinə etiqad bəsləyərsə, mütləq qalib olacaqdır deyən Ayətullah Xamenei bildirib ki,bu səbəbdən şübhəsiz ki, zəfər məzlum və mücahid Yəmən xalqınındır”.
Ayətullah Xamenei ötən günlərdə Ənsarullah hərəkatının lideri Əbdülməlik Husinin qardaşı İbrahim Husinin şəhadəti münasibətilə başsağlığı və gözaydınlığı verərək Bədrəddin ailəsini və xüsusilə Əbdülməlik Husidən öncə hərəkatın lideri olmuş və şəhid edilmiş qardaşı Hüseyn Bədrəddin əl-Husini hörmətlə və xoş sözlərlə yad edib.  “Böyük bir tarix və sivilizasiyaya malik olan Yəmən xalqının son 5 ildə göstərdiyi müqavimət sayəsində yaxşı bir gələcək gözləyir. Allahın lütfüylə güclü bir dövlət quracaqlar və bu dövlət çərçivəsində müvəffəqiyyətə çatacaqlar”.
Ayətullah Seyid Əli Xamenei Səudiyyə Ərəbistanı, BƏƏ və müttəfiqlərinin Yəməndə böyük cinayət törətdiklərini, amma əsla bir nəticə əldə etməyəcəklərini qeyd edib: “Onlar Yəmənin bölünməsini istəyir. Buna qarşı güclü bir şəkildə çıxmaq lazımdır və Yəmənin ərazi bütövlüyü qorunmalıdır”.
 Ayətullah Xamenei bunun üçün başlıca olaraq yəmənlilərin öz aralarında dialoq yolunu seçmələrin zəruri olduğunu bildirib.
Səudiyyə Ərəbistanı və dəstəkçilərinin Qurban bayramı günündə törətdiyi cinayətlərə toxunan Ayətullah Xamenei, bunları deyib: “Yəməndə baş verənlər - hazırkı dünya və insan haqlarının tərəfdarı olduqlarını iddia edənlərin həqiqi simasıdır.  Bu yanaşmanın səbəbi fanatizm deyil. Əsil səbəbi - Amerika və Qərb rəsmilərinin əxlaq, mədəniyyət və insanlıq şüarlarıyla ən pis cinayətləri törətmələri və buna baxmayaraq yenə insan haqqlarından söz danışmalarıdır”. 
Sonda Ayətullah Xamenei Yəmənin kişi və qadın mücahidlərini tam dəstəklədiklərini ifadə edərək başda Əbdülməlik Husi olmaqla bütün Yəmən xalqına salamını çatdırmalarını istəyib.
Ənsarullah hərəkatının mətbuat katibi öz növbəsində Ayətullah Xameneiyə Yəmən xalqını xarici təcavüz qarşısında dəstəyindən dolayı təşəkkür edərək bildirib:
“Biz sizin vilayətinizi Peyğəmbərin (s) və Əmirəl-mömininin (ə) yolunun davamı, məzlum Yəmən xalqını Əli və Heydər sayağı dəstəkləməyinizi İmam Xomeyni (ra) xəttinin ardı bilir və bunu bərəkət və ruhiyyə mənbəyi hesab edirik. Sizin dünya məzlumlarına, xüsusən Yəmən xalqına verdiyiniz dəstək dini və etiqadi məsələdir. Olduqca ağır şəraitdə olan Yəmən xalqı, əli yalın olmasına baxmayaraq imanla on yeddi təcavüzkar dövlətin qarşısında möhkəm dayanıb. Sizə söz veririk ki, Yəmən xalqı zülm və təcavüzün önündə möhkəm bir yumruq tək birləşib, son və qəti qələbəyədək müqaviməti davam etdirəcək.”
Teqlər: iqna ، rəhbər ، xamenei ، yəmən ، Ənsarullah
captcha