IQNA

İmam Rza (ə) hərəminin bayrağı dəyişdirildi

8:51 - August 31, 2019
Xəbər sayı: 3485759
İranda və digər ölkələrdəki məsum imamların hərəmlərinin günbəzlərindəki qırmızı və yaşıl bayraqlar əzadarlıq və matəm günlərində "Əzadarlığa izn" adlı mərasim çərçivəsində qara bayraqlar ilə əvəz olunur.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Məhərrəmul-Həram ayının daxil olması və İmam Hüseynin (ə) və Kərbəla şəhidlərinin əzadarlıq və matəm günlərinin başlanması münasibəti ilə İran İslam Respublikasının Məşhəd şəhərində dəfn edilmiş səkkizinci məsum imam Həzrət Əli ibn Musa Rzanın (ə) hərəminin bayrağı dəyişdirilib.

3838662

captcha