IQNA

12:56 - September 07, 2019
Xəbər sayı: 3485783
İndoneziyanın beynəlxalq kitab sərgisində bu ölkədə yaşayan tayfaların dilində beş min Quran tərcüməsi nümayiş olunub. Sərgi sabah, həftənin Bazar günü öz işini yekunlaşdıracaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın beynəlxalq kitab sərgisində bu ölkədə yaşayan tayfaların dilində beş min Quran tərcüməsi nümayiş olunub.

Səudiyyə Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat nazirliyi bu sərgidə beş min nüsxədən çox Quran və Quranın tərcüməsini satışa çıxarıb.

Bu Quran nüsxələri Ərəbistanın "Məlik Fəhəd Quran Nəşriyyatı tərəfindən çap və nəşr edilib.

Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat nazirliyi Qurani-Kərimin tərcüməsindən əlavə İslami elmlər barədə digər kitabları da sərgiyə çıxarıb.

İndoneziyanın beynəlxalq kitab sərgisi cari həftənin üçüncü günü başlayıb. Sərgi həftənin Bazar gününədək davam edəcək.

http://iqna.ir/fa/news/3840490

Teqlər: iqna ، kitab sərgisi ، indoneziya
Ad:
E-poçt:
* Comment: