İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İndoneziyanın beynəlxalq kitab sərgisində bu ölkədə yaşayan tayfaların dilində beş min Quran tərcüməsi nümayiş olunub.
Səudiyyə Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat nazirliyi bu sərgidə beş min nüsxədən çox Quran və Quranın tərcüməsini satışa çıxarıb.
Bu Quran nüsxələri Ərəbistanın "Məlik Fəhəd Quran Nəşriyyatı tərəfindən çap və nəşr edilib.
Ərəbistanın İslami İşlər, İrşad və Təbliğat nazirliyi Qurani-Kərimin tərcüməsindən əlavə İslami elmlər barədə digər kitabları da sərgiyə çıxarıb.
İndoneziyanın beynəlxalq kitab sərgisi cari həftənin üçüncü günü başlayıb. Sərgi həftənin Bazar gününədək davam edəcək.