IQNA

Qayıdış yürüşlərində indiyədək 324 nəfər şəhid olub

16:47 - September 08, 2019
Xəbər sayı: 3485793
Fələstinin İnsan Hüquqları Mərkəzi keçən il bir il ərzində Qəzzada keçirilən "qayıdış yürüşləri"ndə yaralanan və şəhid olan Fələstinlilərin sayını açıqlayıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, Fələstinin İnsan Hüquqları Mərkəzi keçən il bir il ərzində Qəzzada keçirilən "qayıdış yürüşləri"ndə yaralanan və şəhid olan Fələstinlilərin sayını açıqlayıb.

Fələstinin İnsan Hüquqları Mərkəzinin hesabatında deyilir: "Qayıdış yürüşləri" başlanan gündən indiyədək bu yürüşlərdə 324 nəfər fələstinli şəhid edilib, 18085 nəfər isə yaralanın. Yaralananların 813 nəfəri qadın və 4483 nəfəri uşaqdır.

Hesabata görə, şəhid olan 324 fələstinlinin arasında 2 qadın, 9 əlil, 46 uşaq, 2 juranlist və 4 təcili tibb yardım əməkdaşı var.

Fələstinin İnsan Hüquqları Mərkəzi bildirib ki, sionist rejimi şəhid olan 3 uşağın və digər 16 nəfərin cəsədini ailəsinə təhvil verməyib.

Qeyd edək ki, Qəzzəlilər 2018-ci ilin Mart ayının 30-dan indiyədək hər həftə "qayıdış yürüşləri" keçirirlər. Onlar 2006-cı ilə mühasirədə olan Qəzzənin mühasirəsinin götürülməsini tələb edirlər.

http://iqna.ir/fa/news/3840777

captcha