IQNA

Yeni Zelandiya qeyri-adi memarlığa malik məscid inşa ediləcək

16:40 - September 11, 2019
Xəbər sayı: 3485803
Yaxın vaxtlarda Yeni Zelandiyada yerli xalqların mədəniyyətinə uyğun qeyri-adi memarlığa malik məscidin inşasına başlanılacaq. 
Yaxın vaxtlarda Yeni Zelandiyada yerli xalqların mədəniyyətinə uyğun qeyri-adi memarlığa malik məscidin inşasına başlanılacaq. 
 
Maide.Az xarici KİV-lərə istinadla xəbər verir ki, orijinal müsəlman məbədi Palmerston-Nort şəhərində tikiləcək. 
 
Qeyd olunur ki, artıq uzun müddətdir dindarlar yerli məscidə sığışmır, xüsusilə də cümə günləri. Qeyd edək ki, Yeni Zelandiyadakı Kraystçerç məscidlərində baş verən teraktlardan sonra müsəlmanlığı qəbul edənlərin sayının kəskin artması ilə vəziyyət daha da mürəkkəbləşib.
 
Yeni məscidin dizaynının yerli Maori mədəniyyətinə xas xüsusiyyətlərdə olacağı planlaşdırılır, belə ki, müsəlmanlığı yeni qəbul edənlərin çoxu bu millətin nümayəndəsidir. 
 
Tikintinin ilkin dəyəri 4 milyon dollardır.
captcha