IQNA

Quran yarışları radiodan yayımlanacaq

23:40 - September 16, 2019
Xəbər sayı: 3485825
İran İslam Respublikasının 42-ci milli Qurani-Kərim yarışlarının final mərhələsi İranın Milli Quran Fondunun təşəbbüsü ilə Sentyabr ayının 28-də İsfahan şəhərində başlayacaq.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, İran İslam Respublikasının 42-ci milli Qurani-Kərim yarışlarının final mərhələsi günün birinci (9:00-dan 12:00-dək) və ikinci (16:00-dan 19:00-dək) yarısında ölkənin Quran radiosundan birbaşa yayıma gedəcək.

İran İslam Respublikasının 42-ci milli Qurani-Kərim yarışlarının final mərhələsi İranın Milli Quran Fondunun təşəbbüsü ilə Sentyabr ayının 28-də İsfahan şəhərində başlayacaq.

Bu yarışlarda 110 nəfər kişi və 320 nəfər xanım iştirak edir. Qadınların yarışlarını 25 nəfər və kişilərin yarışlarını 57 nəfər hakim müşayət edəcək.

Qeyd edək ki, bu yarışlarda fərqlənən 15 nəfər beynəlxalq Quran yarışlarına qatılmaq üçün vəsiqə qazanacaqlar. Habelə seçilmiş Qurani istedadlara həcc, əsgərlik və təhsil məsələlərində güzəştlər olunacaq.  

http://iqna.ir/fa/news/3842582/

captcha