iqna

IQNA

Haqqımızda
Haqqımızda

İQNA – mənəviyyat dünyasına açılan pəncərə!Beynəlxalq Quran Xəbər Agentliyi ilə tanışlıqİQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) İslam dünyasının Quran-Kərim üzrə ixtsisaslaşdırılmış ilk və yeganə olan ən böyük informasiya portalıdır ki, 2003-cü ilin mübarək Ramazan ayının 15-də bütün müsəlmanların istifadəsinə verilmişdir.İQNA öz işini Fars dilinə gündə 7 xəbər yaymaqla başlamış, hazırda isə 12 il keçdikdən sonra hər gün min civarında xəbər yaymaqla 42 dildə fəaliyyət göstərir.  Biz daim çalışmışıq ki, İran İslam Respublikasının və dünyanın müxtəlif xəbər və hadisələrini Quranın siyasi, mədəni, ədəbi, ictimai sahələrə, Quran üzrə fəaliyyətlərə, elm və düşüncəyə baxışları əsasında araşdırıb təhlil edək.

Tarixçə

İQNA İnformasiya Agentliyi hicri-qəməri 1424-cü ildə mübarək Ramazan ayının 15-də (2003) fəaliyyətə başlayıb. İQNA əməkdaşları ilahi lütf, Quran-Kərim göstərişləri, İmam Rahilin, Böyük Rəhbərin və İslam İnqilabının dəyərli şəhidlərinin yolunu izləmə sayəsində öz fəaliyyətinə gündə təkcə fars dilində 7 xəbər istehsal etməklə başlayıb.

Məqsədlər

1. Cəmiyyətin müxtəlif zümrələri arasında Quran-Kərimin ilahi və insan tərbiyə edən maarifini yaymaq.2. Ölkədə və dünyada Quran üzrə fəaliyyətlər haqqında aktual və yığcam informasiya vermək.3. Müxtəlif sahələrdə Quran mövzularının istehsalı, qeydiyyatı və işıqlandırılması.4. Elmi, mədəni, ideoloji, siyasi, ədəbi, ictimai və digər sahələrdə Quran-Kərim yanaşmalarının yayılması.5. İİR-da movcud Quran fəzasının dünyaya çatdırılması.6. Cəmiyyətin müxtəlif zümrələrinin Quran baxımından agahlıqlarının artırılması.7. Daxildə və xaricdə Quran fəaliyyətləri və proqramlarına uyğun təcrübə və meyarların mübadiləsi.8. Quran-Kərim əsasında müxtəlif sahələrdə düşüncə və mədəniyyət cərəyanlarının yaradılması.

Mühüm fəaliyyətlər

İQNA-nın fəaliyyətləri bir neçə prinsip üzərində qurulub:a)    Çeşidli informasiya xidmətlərində müxtəlif xəbər və söhbətlərin gündəlik istehsalı.b)    Şəxsiyyətlər, mütəxəssislər, məsulların iştirakı ilə dəyirmi masaların təşkili.c)    İQNA-nın xəbər-təhlil materiallarının hazırlanıb iki həftədən bir "Rayihə” adı altında bir məcmuədə nəşri.d)    Quran olayları və proqramları, daxili və xarici xəbər şəbəkələrinin tam əhatəsi.e)    Xüsusi konfransların keçirilməsi İQNA-nın proqramlarındandır. Bu tədbir xəbər istehsalına mütəxəssislərin analitik müzakirə süjetlərinin əlavəsi ilə baş tutur.f)    Fəxri müxbirlər xidməti bu Quran məcmuəsinin digər bir bölməsidir. Dünyanın müxtəlif nöqtələrində fəaliyyət göstərən fəxri müxbirlər ardıcıl, gündəlik olaraq xəbər istehsal edir. Bu bölmənin iftixarlarından biri Böyük Rəhbər, hazırkı və sabiq prezidentlər, dövlət rəsmilərinin də ona üzv olmasıdır.g)    Rayihə xüsusi nəşrinin çapı İQNA-nın yazılı fəaliyyətlərindəndir. Bu nəşriyyə İQNA-nın müxtəlif xidmətlərində hazırlanmış informasiyaların xəzinəsi sayıla bilər. Mövzuların sadə dillə, yazılı şəkildə təqdimi bir növ mənəviyyat dünyasına pəncərə açır. Ümid edirik ki, Allah-Taalanın xüsusi lütfü sayəsində bu ilahi məqsədimizə çatacağıq.h)    IQNA dünyanın tanınmış dillərinə, o cümlədən İngilis, Fransız, Ərəb, Rus, Ordu, İtaliyan, Çin, İspan, Bengal, Hind, Türk, Azəri, Poştu, Husayi, Malayi, Səvahili və digər dillərə tərcümə olunur ki, indiyədək bu dillərin sayı 42-yə çatmışdır. i)    IQNA İİR-nın daxilində və dünyanın müxtəlif ölkələrində, o cümlədən Qərbi Asiya, Şərqi Asiya, Mərkəzi Asiya, Avropa, Amerika və Afrikada şöbələr yaratmışdır.