IQNA

Almaniyanın daxili işlər naziri bu ölkənin islami təşkilat üzvləri ilə görüşəcək

23:46 - December 04, 2010
Xəbər sayı: 2042112
Beynəlxalq şöbə: Almaniyanın daxili işlər naziri Tomas de Maiziere dekabrın 8-də bu ölkənin islami təşkilatlarının bir neçə nümayəndəsi ilə Bonn şəhərində görüşəcək.
İQNA Quran agentliyi “hurriyet” saytına istinadən məlumat verir ki, Almaniyanın daxili işlər nazirliyi bəyanat yayaraq bildirib ki, nazir ölkənin Nurdrayn Vestfaln əyalətinin islami təşkilat üzvləri və imam camaatlarından 15 nəfərlə görüşmək istəyir. Nazir görüşdə dini işçilərin təhsili, məscid və islami mərkəzlərin rəhbərlərinin işi haqda müzakirə aparacaq.
Bəyanatda bildirilir ki, nazirlə görüşəcək şəxslər hamısı Almaniya məscidlərində məğul olan şəxslər və onların bəzisi ALmaniya İslami Konfrans Təşkilatının üzvidirlər. Almaniya Ələvi Şiələri federasiyasının nümayəndələri, Almaniyanın Bosniyalı müsəlmanlar birliyi, Almaniya İslami – Türkiyə birliyi, İslami – Mədəni mərkəzlər birliyi, ALmaniyada yaşayan Mərakeşli müsəlmanlar mərkəzinin şürasının üzvləri iştirak edəcəklər.
İmam camaatların öyrədilməsi, xalq və məscidlər arasında əlaqaələrin yaxşılaşdırılması üçün şəraitin yaradılması, dini mərkəzlərin işçiləri və rəhbərləri üçün Alman dili kurslarının təşkili və digər məsələlər görüşdə müzakirə olunacaq.
Qeyd edək ki, Almaniyada 2600-dən çox məscid və islami mərkəz fəaliyyət göstərir. Bu mərkəzlərdə 2000 –dən çox imam camaat fəaliyyət göstərir. 705943
captcha