IQNA

İİR-nın prezidenti Dr. Əhmədi Nejadın Misirin yeni prezidentinə təbrik məktubu

6:09 - June 27, 2012
Xəbər sayı: 2355337
Siyasi qrup: İİR-nın prezidenti Dr. Məhmud Əhmədi Nejad Misirin yeni seçilmiş prezidenti Məhəmməd Mursiyə ölkə başçılığına seçilməsi münasibəti ilə təbrik məktubu göndərdi.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Prezident aparatının xəbər blokuna istinadən verdiyi xəbərə görə bu təbrik məktubunun mətni belədir:
“Bismillahir-rəhmanir-rəhim
Hörmətli Məhəmməd Məhəmməd Mursi cənabları
Misir Ərəb Cümhuriyyətinin seçilmiş prezidenti
Əs-Səlamu ələykum və rəhmətullahi və bərəkatuhu
Zati-Alilərin dost və qardaş Misir ölkəsinə prezident seçilməyinizi təbrik deyirəm.
İki qardaş və dost ölkənin və iki millətin dostluğunun daha da möhkəmlənməsi və münasibətlərinin genişlənməsinə təkid edərək, Allah-Taaldan Zati-Alinizin müvəffəqiyyətini və Misir millətinin başucalığını arzu edirəm.
Məhmud Əhmədi Nejad
1038244
captcha