IQNA

Müsabiqənin ikinci günü 20 nəfər yarışçı Quran tilavət etdi

15:31 - September 14, 2012
Xəbər sayı: 2411067
Quran üzrə fəaliyyətlər qrupu: Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun ikinci günü müxtəlif ölkələrdən Qiraət üzrə 20 nəfər yarışçı Quran tilavət etdilər.
İQNA-nın (İran Quran Xəbər Agentliyi) Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turuna Təbrizə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə Müsəlman Tələbələrin Beynəlxalq Quran yarışlarının 4-cü turunun ikinci günü (13 sentyabr) Təbrizin İmam Xumeyni Müsəllasında günü müxtəlif ölkələrdən olan 20 nəfər yarışçı Qiraət üzrə rəqabət apardılar.
Bu Qarilərin adları və ölkələri ilə sizi tanış edirik:
Məhəmmədbaba Mühyiddin (Hindistan, Heydərabad), Məhəmməd İslam (Serilanka, Kelembu), Məhəmmədtahir Abdullahi (Nigeriya, Lagus), Mübəşşir Dilavər (Pakistan, İslamabad), İlham Əfəndi Hafiz (İndoneziyaŞ Cakarta), Məhəmmədmehdi İzziddin (Livan, Beyrut), Abbas Əli Seyid (Alman, Berlin), İnayətullah İsmət (Əfqanıstan, Kabul), Harun Məkluy (Tayland, Bankok), Cibriil Lu (Zambiya, Bancul), İbrahim Haşimi (Belçika, Bruksel), İsa Qudam Əli Saleh (Sudan, Xartum), İlkin Həsənov (Azərbaycan, Bakı), Fuad İsayev (Gürcüstan, Tiflis), Haris Vilyam (Afriqa, Perturiya), Qurbanəli Cumabek (Qırğızıstan, Bişkek), Haci Nəsr Əl-Fəxri bin Haci Yəyha (Burunei Darus-səlam, Seribagavan), Deydar Yusifoviç (Qazaxıstan, Astana), Həsən Məhəmməd Yəhya (Mavritaniya, Nuakşut), Ziyadullah Rəhmanquliyev (Tatarıstan, Kazan).
1097542
captcha