IQNA

Almaniyanın Bayern Munhen futbol klubu müsəlmanları təbrik etdi

22:57 - December 23, 2015
Xəbər sayı: 3468884
Beynəlxalq şöbə: Almaniyanın ən güclü futbol komandası sayılan Bayern Münhen klubu yayımladığı bir ismarıcda Həzrət Xatəmul-Ənbiya Məhəmməd Mustafa peyğəmbərin (s) mövludu münasibəti ilə bütün müsəlmanları təbrik edib.


İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "sumariyya nyuz" xəbər və informasiya portalına istinadla verdiyi xəbərə görə, Almaniyanın ən güclü futbol komandası sayılan Bayern Münhen klubu yayımladığı bir ismarıcda Həzrət Xatəmul-Ənbiya Məhəmməd Mustafa peyğəmbərin (s) ad günü və vəhdət həftəsi ərəfəsində O həzrətin (s) mövludu münasibəti ilə bütün müsəlmanları təbrik edib. Klub öz rəsmi facebook səhifəsində bu təbrik mesajını yahımlayıb. 



Bayern Münhen klubu üzərində "Əziz Peyğəmbərinizin (s) təvəllüdü sizlərə mübarək olsun" şəkili paylaşmışdılar.



Komandanın təbrik mesajı sosial şəbəkədə ərəb ölkələri vətəndaşları və müsəlman  istifadəçilər tərəfindən alqışlanıb və onlar bu kluba müsəlmanları təbrik etdiyi üçün təşəkkür ediblər. 



Bayern Münhen klubu hazırda Almaniyanın ən güclü komandası sayılır. Və həmişə bütün dini bayaramlarda müsəlmanları təbrik ediblər.



3468633

Teqlər: futbol ، bayer ، munix ، təbrik
captcha