IQNA

Şeyx Zəkzakinin azadlıq tələbi ilə paytaxta yürüş

22:03 - September 23, 2016
Xəbər sayı: 3480823
Tehran, 23.09.2016 – Nigeriya müsəlmanları Şeyx İbrahim Yəqub Zəkzakinin azadlığı tələbə ilə ölkənin paytaxtına yürüşə başladılar.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) "Press TV" peyk kanalına istinadla verdiyi xəbərə görə, Nigeriya müsəlmanları bu ölkənin İslami Hərəkatının həbsdə olan rəhbəri Şeyx İbrahim Yəqub Zəkzakinin azadlığı tələbə ilə ölkənin paytaxtına tərəf genişmiqyaslı yürüşə başladılar.

Nigeriya şiələri ümumi çağırış edərək Şeyx Zəkzakinin tərəfdarlarını müxtəlif şəhərlərdən bu ölkənin paytaxı "Əbuca"ya tərəf yürüşə dəvət etdilər ki, yürüşün sonunda BMT-nın bu şəhərdəki İnsan Haqları Mərkəzinin binası qarşısında toplaşacaqlar.

Bu çağırışdan sonra minlərlə nigeriyalı şiə ölkənin şimal şəhərlərindən Əbucaya doğru yürüşə başlayıblar. Onlar piyada və maşınlarla paytaxta tərəf hərəkətdədirlər.

Eynizamanda dünən Nigeriyanın anti-iğtişaş polisləri Əbuca şəhərində etiraz aksiyası keçirən müsəlmanlara hücum etmiş və bəzi aksiya iştirakçılarını həbsə almışlar.

Qeyd edək ki, Nigeriyanın silahlı qüvvələri keçən ilin payızında bu ölkənin İslam Hərəkatı başçısı Şeyx İbrahim Yəqub Zəkzakinin Zariya şəhərindəki evinə hücum edərək onun sağlamlığına ciddi xəsarət yetirmiş və sonra isə həbs etmişdilər. Bunun ardınca isə şiələrin Hüseyniyyəsinə silahlı hücum etmiş onun tərəfdarlarını və üç övladını şəhid etmişdilər.

Bir çox beynəlxalq təşkilatlar bu qətliamı məhkum etdi və Beynəlxalq Əfv Təşkilatı yaydığı məlumatda bildirdi ki, keçən ilin Dekabr ayının 12 və 14-də baş verən bu hadisədə 350 nəfər şiə qətliam edilib və dəstəcəmi qəbirlərdə basdırılıblar.

http://iqna.ir/fa/news/3532238


Teqlər: iqna ، zəkzaki ، nigeriya
captcha